Türkiyə Qarabağda anti-terror əməliyyatı keçirilə bilər – TƏHLİL

  • By admin
  • 06 Yanvar 2021 15:58

“Rusiya Dağlıq Qarabağda bütün bu çalışmaları həyata keçirərkən, əsas işi – bölgədəki separatçıların və terrorçuların tərksilah olması ilə məşğul olmur. Ancaq Kremldə onu da anlayırlar ki, bu məsələnin həllini gecikdirsələr, toqquşma ehitmalına rəğmən, tərksilah məsələsi ilə Azərbaycan və Türkiyə hərbçiləri məşğul olacaqlar. Türkiyə hərbçilərinin dağlarda gizlənən PKK-çıların məhv edilməsi və tərksilah olunmasıyla bağlı böyük təcrübəsi var”.

Gununsesi.org xəbər verir ki, bu sözlər “Atlas” araşdırmalar mərkəzinin təhlilində qeyd olunub.

Təhlildə Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyəti müzakirə edilib:

“Moskva erməni separatçılarının xeyrinə pozulan balansı son günlər korrektə etməyə çalışır. Məsələn, Dağlıq Qarabağdakı rusiyalı hərbçilərdən biri erməni separatçıların “gələcək qəbələrinin” şərəfinə badə qaldırdı və internetdə yayılan həmin görüntü cəmiyyətimizdə böyük narazaılıq yaratdı. Bundan sonra bir qrup rusiyalı hərbçi Yeni il gecəsində “Yaşasın Azərbaycan” dedilər. Və ya noyabrın 10-dan bu yana rusiyalı hərbçilər ermənilərin təhlükəsizliyini təmin etmək üçün Xankəndi ətrafında minaların təmizlənməsini həyata keçirirlər. Rusiya eyni missiyanı 20 nəfərlik qrupla Ağdamda da həyata keçirməyə qərar verib.

Rusiyalı hərbçilərin türkiyəli həmkarları ilə Ağdamda ortaq monitorinq mərkəzinin fəaliyyətə başlamasına sayılı günlər qalıb. Ona görə də Rusiya indidən Dağlıq Qarabağda Azərbaycan və Türkiyə hərbçilərlə əməkdaşlıq üçün zəmin yaradır”.

Gununsesi.org