Türkiyədə istilik elektrik stansiyası yanır - VİDEO

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 14:11

Türkiyənin Sivas şəhərinin Kanqal rayonunda yerləşən və “Torku” şirkətinin törəmə şirkəti “Konya Şeker” tərəfindən istismar olunan Kanqal İstilik Elektrik Stansiyasında yanğın başlayıb.

Bu barədə Gununsesi.info İHA-ya istinadən xəbər verir.

Məlumata görə, stansiyanı bürüyən yanğının söndürülməsi üçün çox sayda ekipaj göndərilib. Yanğının nəzarət altına alınması ilə bağlı işlər davam edir.

Zavod 2013-cü il fevralın 8-də özəlləşdirilib və “Torku”nun törəmə şirkəti olan “Konya Şeker”ə verilib.