Türkiyədən SENSASİON BƏYANAT

  • By admin
  • 23 Dekabr 2021 12:58

Prezident Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi, dekabrın 20-də Nazirlər Kabinetinin iclasındakı bəyanatından sonra dolların ucuzlaşması davam edir.

“Ahlatçı İnvestment” fond birjasının baş direktor müavini Tonquç Erbaş “A Haber”in efirində dolların məzənnəsi ilə bağlı sensasion açıqlama verib.

Ərbaş bildirib ki, ilin sonuna kimi dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər.

Xatırladaq ki, Türkiyə rəsmiləri türk lirəsinin ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təqdim edəcək. Bunu bazar ertəsi, dekabrın 20-də prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə liderinin açıqlamasından sonra dolların ucuzlaşması 30 faizi ötüb. Ekspertlərin fikrincə, iqtisadiyyatın yeni modeli tətbiq olunmağa başlayan kimi bazar tarazlığa gələ bilər.

Gununsesi.info