Türkiyənin bu bölgəsində terrora görə küçəyə çıxmaq yasaqlandı

  • By admin
  • 18 Noyabr 2021 20:25

Türkiyənin Bitlis bölgəsinin 13 kəndində küçəyə çıxmaq qadağan olunub.

Gununsesi.info “TRThaber”ə istinadən xəbər verir ki, Bitlis valiliyi bu qərarı PKK terror təşkilatına qarşı əməliyyatların keçirilməsinə görə qəbul edib.

Bildirilir ki, qadağa yeni qərar verilənə qədər 18 noyabr yerli vaxtla saat 17:00-dan etibərən qüvvədədir.

Gununsesi.info