Yunanıstanda qırıcı təyyarə məcburi eniş zamanı qəzaya uğradı

  • By admin
  • 18 Noyabr 2021 20:27

F-16 qırıcısı Yunanıstanın Andravid aviabazasına məcburi eniş etdikdən sonra qəzaya uğrayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində pilot sağ qalıb. Araksos istiqamətinə uçan qırıcı təyyarə Andraviddə bilinməyən səbəbdən məcburi eniş etməli olub.

Ancaq eniş zamanı qırıcı uçuş-enmə zolağından çıxıb. Fakt araşdırılır.

Gununsesi.info