Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 09:44

Üsküdar Bələdiyyəsini hədəf alan korrupsiya istintaqı çərçivəsində başladılan yeni əməliyyatda, bələdiyyə sədri Sinem Dedetaş da daxil olmaqla altı nəfər nəzarətə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə İstanbul Anadolu Respublika Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki,bələdiyyənin törəmə şirkəti olan “Kent A.Ş.” podratçılarla 1 milyard türk lirəsindən çox dəyərində konsaltinq müqavilələri imzalayıb, lisenziyalaşdırma prosesləri şifrələnmiş rabitə şəbəkəsi vasitəsilə idarə olunub və bəzi böyük layihələr üçün rüşvət nağd şəkildə dollarla toplanıb.

Qeyd edək ki, son zamanlarda Türkiyənin 81 vilayətində bələdiyyələrdə keçirilən əməliyyatlar zamanı onlarla bələdiyyə sədri və məmur saxlanılıb.

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Gununsesi.info