Türkiyədə zəncirvari qəza olub: bir nəfər ölüb, doqquz nəfər yaralanıb

  • By Günel
  • 26 Yanvar 2025 11:41

Türkiyənin İstanbul şəhərində zəncirvari qəza olub.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, hadisə Esenler rayonunda qeydə alınıb.

Bildirilib ki, motosiklet, mikroavtobus və üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha doqquz nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Gununsesi.info