Ukrayna paytaxtına zərbələr endirilib - 5 yaralı var

  • By admin
  • 08 May 2023 12:37

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbələr endirib.

Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

“Bu, müharibə başlayandan bəri şəhərimizə edilən ən kütləvi hücumdur. Lakin bütün PUA-ları vurduq. Hava hücumundan müdafiə sistemimiz sayəsində heç kim ölmədi. 5 nəfər yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur”, – Kliçko bildirib.

Onun sözlərinə görə, evlərə, uşaq bağçalarına və məktəblərə ziyan dəyib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info