Ukraynada müxalifətçilərin olduğu avtobus atəşə tutuldu - FOTO

  • By admin
  • 27 Avqust 2020 21:59

Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Gununsesi.info