Ukraynada yenidən koronavirusa yoluxma rekordu qeydə alınıb

  • By admin
  • 05 Sentyabr 2020 15:32

Ukraynada yenidən koronavirusa yoluxmada yüksək göstərici qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə, son sutka ərzində ölkədə 2 836 nəfər koronavirusa yoluxub. Ötən gün bu göstərici 2 723 nəfər olub.

Ölkədə daha 50 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ukraynada koronavirusa yoluxanların sayı 133 787 nəfərə çatıb. Onlardan 2 811 nəfəri ölüb, 61 649 nəfəri sağalıb.