Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb

  • By admin
  • 28 İyul 2021 19:49

Xaçmaz rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Gununsesi.info  xəbər verir ki, gecə saatlarından başlayaraq yağan yağış elektrik və içməli su təsərrüfatına ciddi zərər vurub.

HTML tutorial

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov “Report”un yerli bürosuna bildirib ki, gecə saatlarından etibarən rayonun 15-ə yaxın kəndində işıq kəsilib.

“Bəzi xətlərin köhnə olması səbəbindən hava dəyişən kimi qırılmalar, izolyasiya islanması və digər texniki problemlər səbəbindən açılmalar baş verir. Hazırda “Azərişıq” ASC-nin Xaçmaz rayon şöbəsinin qəza briqadaları təbii hadisələrin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir. Bəzi kəndlərdə elektrik enerjisi təchizatı təmin olunub”, – o qeyd edib.

Xaçmaz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Adil İbrahimov isə elektrik enerjisinin təchizatında heç bir problem yaşanmadığını, bir neçə xətdə açılma olsa da, məsələnin aradan qaldırıldığını vurğulayıb.

Gununsesi.info