YAP-ın sayında kütləvi azalma - TAHİR BUDAQOV RAYON-ŞƏHƏR TƏŞKİLATLARINI YOXLATDIRIR

  • By admin
  • 28 Fevral 2023 11:33

Yeni Azərbaycan Partiyasının sonuncu qurultayından sonra təşkilati işlərdə bir sıra yeniliklər olub.

Gununsesi.info-nun xəbərinə görə, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın rayon-şəhər təşkilatlarında yoxlamalar apartdırıb.

Ümumrespublika üzrə aparılan yoxlamalardan sonra vəfat edən YAP-çıların sayı 30 minə yaxın olduğu üzə çıxıb və onların adları təşkilatın üzv sayı siyahısından çıxarılıb.

YAP  İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən birinin Gununsesi.info-ya verdiyi xəbərə görə, hakim partiyanın rayon-şəhər təşkilatlarında yoxlamalar yenə də davam edir.

 

Elnur Elmaroğlu

Gununsesi.info