Yaşayış minimumu bu qədər oldu - Prezident imzaladı

  • By admin
  • 23 Dekabr 2021 18:27

Prezident İlham Əliyev “Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Gununsesi.info