“Yaşıl kart”la bağlı ŞAD XƏBƏR

  • By admin
  • 25 Fevral 2021 13:05

ABŞ Prezidenti Cozef Bayden “Yaşıl kart”a (Green Card) tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

Gununsesi.info xəbər verir ki, Prezident məhdudiyyətlərin ölkənin maraqlarına xidmət etmədiyini və ABŞ iqtisadiyyatına zərər verdiyini deyib.

Qeyd edək ki, ömürlük ABŞ-da yaşamaq və işləmək icazəsi verən “Yaşıl kart”a məhdudiyyətlər sabiq prezident Donald Tramp tərəfindən qoyulmuşdu. Məhdudiyyətlər “işsiz ABŞ vətəndaşlarını qorumaq” məqsədilə xarici işçilərin ölkəyə girişini qadağan edirdi.

Gununsesi.info