Zaporojye atəşə tutuldu

  • By admin
  • 29 Avqust 2022 09:35

Hazırda Zaporojye vilayətinin Rusiya ordusunun nəzarəti altında olan hissəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Enerqodar şəhərinin administrasiyasının Mətbuat xidməti yayıb.

İddialara görə, vilayətin sözügedən şəhərinin atəşə tutulması nəticəsində 7 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Yaralıların dinc sakinlər olduğu bildirilir.

Gununsesi.info