Zelenski 23 rusiyalıya sanksiya tətbiq etdi

  • By admin
  • 18 Noyabr 2021 21:35

Ukrayna Prezidenti Vladimir Zelenski 23 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

Zelenski qərarın icrasına nəzarəti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibinə həvalə edib.

Ümumilikdə sənəddə 28 nəfərin – Rusiya və Ukrayna vətəndaşları, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının siyahısı var. Sanksiyalara, o cümlədən, aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, resursların tranzitinin dayandırılması, kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması, iqtisadi öhdəliklərin icrasının dayandırılması, dövlət əmlakının özəlləşdirilməsində və icarəsində iştirakın qadağan edilməsi daxildir.

Gununsesi.info