“Zirə” – “Kəpəz” matçının vaxtı yenidən dəyişdirildi

  • Müəllif: Orxan
  • 24 Fevral 2025 14:59

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Daha əvvəl görüşün bu gün saat 16:00-da start götürməsi planlaşdırılırdı.

Gununsesi.info