Əməkdar artistdən həmkarlarına: “Soyunmaqla müştəri axtarırsansa, özünə müğənni demə!” – VİDEO

  • By admin
  • 07 May 2022 15:33

Əməkdar artist Cavanşir Məmmədov qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Sənətçi “MTV maqazin” verilişinə müsahibəsi zamanı əvvəl xəyanətdən danışıb.

İfaçı kişilərin qadına xəyanətini dəstəkləyən bir çox fikirlər səsləndirib.

Daha sonra Məmmədov efirə açıq-saçıq geyimlərdə çıxan həmkarlarından danışıb. Əməkdar artist onlar haqqında “Soyunmaqla müştəri axtarırsansa, özünə müğənni demə!” təhqiramiz ifadə işlədib.

Sözügedən qalmaqallı açıqlamanı təqdim edirik:

Gununsesi.info