Əvəz Zeynallı məhkəməyə üz tutdu - AİLƏSİ İLƏ GÖRÜŞ VƏ TELEFON DANIŞIQ HÜQUQU TANINMIR

  • By admin
  • 28 Oktyabr 2022 14:47

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsini məhkəməyə verib.

Bu barədə Gununsesi.info-ya jurnalistin ailəsindən bildirilib.

Məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsinin Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətin aradan qaldırılması ilə bağlı vəsatət verilib və həmin vəsatətə 4 noyabr, saat 11:00-da Binəqədi Rayon Məhkəməsində baxılacaq:

“Bütün həmkarlarımız dəvətlidirlər”.

Gununsesi.info