Son zamanlar bəzi hallarda banklar borclunun həyat yoldaşının gəlirinə və əmlakına yönəlməyə çalışırlar.
Məsələn, arvadın banka borcu var, lakin onun gəliri yoxdur. Ərinin isə pensiyası var. Belə halda bank icra məmurundan tələbin ərin pensiyasına yönəldilməsini tələb edə bilər.
Nəticədə icra məmuru pensiyanın müəyyən hissəsindən tutulma apara bilər.
Gununsesi.info bildirir ki, mğvzuya hüquqşunas Əkrəm Həsənov münasibət bildirib.

O qeyd edib ki, Bu, ər-arvadın nikah dövründə əldə etdikləri bəzi gəlir və əmlakların qanunla birgə mülkiyyət sayılması ilə bağlıdır:
“Belə hallarda nikah müqaviləsi məsələsi də gündəmə gəlir. Nikah müqaviləsi ilə ər-arvadın əmlakının hansı qaydada bölünməsi müəyyən edilə bilər.
Nikah müqaviləsi nikahdan əvvəl və ya nikah dövründə bağlana bilər. Lakin müqavilənin bağlanması əvvəl yaranmış borcun tutulmasına avtomatik olaraq mane olmur. Borclunun əmlakına yönəldilmiş tələbdən sonra bağlanan nikah müqaviləsinin də həmin tələbə necə təsir edəcəyi konkret vəziyyətdən və məhkəmə qərarından asılıdır.
Bu səbəbdən «nikah müqaviləsi bağlandıqdan sonra borc həyat yoldaşının gəlirindən heç bir halda tutula bilməz» fikrini ümumi qayda kimi təqdim etmək düzgün deyil”.












