“Azərbaycanın daxili işlərinə müdaxilə qəbuledilməzdir”

Hərbi ekspert Ədalət Verdiyev Türkiyənin bəzi rəsmilərinin Azərbaycanda məktəbli geyimi və hicabla bağlı müzakirələrə münasibətini tənqid edib:

“Bəzi Türkiyə rəsmilərinin məktəb və hicab məsələsində İran rejimi ilə eyni cərgədə dayanıb Azərbaycan dövlətinin daxili işlərinə qarışması, bəzilərinin hətta dövlət başçısını hədəf alması qəbuledilməzdir”.

Onun sözlərinə görə, Azərbaycanla bağlı iradlar açıq şəkildə media vasitəsilə deyil, qardaş ölkələr arasında qarşılıqlı hörmət çərçivəsində müzakirə olunmalıdır:

“Kim ki, Azərbaycana qarşı tənqidləri açıq şəkildə media vasitəsilə çatdırırsa, böyük səhv edir. Onlar dörd əsas məsələni anlamalıdırlar:

 -Türk kimliyi fars və ərəb ideologiyasından yüksəkdə durur.

-Turan Birliyinı hicab məsələsi kimi əhəmiyyətsiz problemə qurban vermək isrətənləri tarix bağışlamayacaq.

-Türkiyə və Azərbaycan qardaşlığı konkret şəxslərin bizə  münasibətindən asılı olmayan məsələdir.

-Xalqlarımızın dostluğu və qardaşlığı əbədidir!

Türkiyənin özünə gəlincə bir cümlə yazıram, yadda saxlayın: Məktəbləri İmam Hatib tipli mədrəsələrə döndərməyə çalışan Türkiyədə yaxın gələcəkdə məktəbə hicabsız gəlmək təhlükəli olacaq.

Dünyada dinin dövləti idarə etdiyi ölkələr arasında İran, Əfqanıstan, Suriya, Yəmən kimi zəngin sərvətlərə malik, amma ac yalavac yaşayan kasıb ölkələrə rast gəlirik. Onların heç biri xoşbəxt və təhlükəsiz deyil.

Dövləti strateji düşüncə və dövlət ağlı idarə etməlidir. Din dövlətin üzərinə çıxarsa, o zaman son nəticədə Əfqanıstan alınacaq”.

 

 

 

Şəbnəm

Gununsesi.info