4-cü sinifi bitirənlər üçün “Son zəng” keçirilir?

  • By Mina
  • 18 Aprel 2024 14:22

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsi ilə bağlı iddialara aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, brifinq zamanı məlumat verib.

Direktor bildirib ki, 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsi valideynlərin təşəbbüsü ola bilər, Agentlik məktəblərə belə tapşırıq verməyib:

“Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.

Gununsesi.info