5 aylıq taxıl ehtiyatımız qalıb - DEPUTAT HƏYACAN TƏBİLİ ÇALIR

  • By admin
  • 17 Mart 2022 23:14
Dünyadakı bahalaşma, eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda yarana biləcək iqtisadi böhranın Azərbaycandan da yan keçməyəcəyi artıq sezilir. Ekspertlərin proqnozları da bu istiqamətdədir.
 
 
Bu böhranın qarşısını almaq üçün ölkəmizdə hansı addımlar atılmalıdır?
 
Gununsesi.info bildirir ki, məsələ ilə ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlama verib.
Deputat iqtisadi islahatlara ehtiyac olduğunu deyib:
“Hazırkı vəziyyətdə iqtisadiyyatımızı canlandırmaq üçün maliyyə amnistiyası elan olunmalıdır. Məmurların vəsaitlərinin aşkara çıxarılıb iqtisadiyyata yönəldilməsi vacibdir. Digəri isə tikinti amnistiyasıdır ki, müxtəlif insanların tikdiyi qanunsuz evlər, obyektləri leqallaşdırıb, özəlləşdirib ağlabatan qiymətlərlə sahibinə vermək lazımdır. Bununla da büdcəyə pul yığmaq və islahatlara başlamaq daha məqsədəuyğundur”.
Millət vəkilinin sözlərinə görə, islahatlar əhalinin iştirakı ilə olmalıdır:
“Rusiyada iqtisadi vəziyyətə görə taxıl böhranı yarana bilər. Ardınca Ukraynadakı hadisələr səbəbindən taxıl, qida məhsullarının qiymətində ciddi dəyişiklik olacaq. Çünki biz Ukrayna və Rusiyadan kənd təsərrüfatı, qida məhsulları da alıdırıq. Ona görə təcilli olaraq əhalinin potensialını bu işə cəlb etmək üçün liberallaşma daha da güclənməlidir. Düzdür, bizim müəyyən ehtiyatımız var. Amma bu ehtiyat 4-5 ay bəs edə bilər, deməli biz sonranı fikirləşməliyik. Hansısa uzaq bir ölkədən idxal edilən məhsulla, yaxından alınan məhsul arasında ciddi qiymət fərqi olacaq.
Problemlərin köklü şəkildə həll olunmasına çalışmalıyıq. Əks halda biz bir sıra problemlərin məngənəsində boğulacağıq”.
Gununsesi.info