Yasamalda kişi meyiti tapıldı

  • By admin
  • 17 Mart 2022 23:08

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Nəcəfov Əli Aydın oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info