8 ölkədən  terror XƏBRDARLIĞI: Vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırdılar

  • By admin
  • 09 Mart 2024 09:30

Böyük Britaniya, Almaniya, İsveç, Latviya, Çexiya, Kanada və Cənubi Koreya da öz vətəndaşlarına Rusiyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı səfirliyi ABŞ-ın xəbərdarlığını sitat gətirərək öz sosial şəbəkə hesabında paylaşsa da, Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfər etməməyi şiddətlə tövsiyə edib.

İsveç regionda təhlükəsizlik vəziyyətinin pisləşdiyini iddia edərək Rusiyadakı vətəndaşlarına beynəlxalq media və səfirliklərdən gələn xəbərləri izləməyi tövsiyə edib.

Çexiyanın Moskvadakı səfirliyi Rusiyadakı vətəndaşlarından “ekstremist qrupların mümkün hücumları ilə bağlı yayılan məlumatlara görə” diqqətli olmalarını xahiş edib.

Latviya Xarici İşlər Nazirliyi sosial media hesabında verdiyi açıqlamada ABŞ səfirliyinin çağırışına istinad edərək Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edib.

Kanada hökumətinin səhifəsi ABŞ səfirliyinin bəyanatından sitat gətirib və vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb.

Cənubi Koreyanın Moskvadakı səfirliyi ABŞ-ın məsləhətinə istinad edərək, öz vətəndaşlarını yaxın gələcəkdə insanların sıx olduğu yerlərdən çəkinməyə çağırıb.

ABŞ-ın Moskvadakı səfirliyindən verilən yazılı açıqlamada ABŞ vətəndaşlarından Rusiyanın paytaxtı Moskvada insanların sıx olduğu yerlərdən 48 saat uzaq durmağa çağırılıb və “ekstremistlərin” bu yerləri hədəf almağı planlaşdırdığı qeyd edilib.

“Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantıları hədəf almağı planlaşdırdığına dair xəbərləri izləyir və ABŞ vətəndaşlarına 48 saat ərzində böyük toplantılardan çəkinməyi tövsiyə edir”, – məlumatda deyilir.

 

Gununsesi.info