8 yaşlı uşağı avtomobil vuraraq öldürdü

  • By Mina
  • 05 Aprel 2024 14:29

Balakəndə 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

 

Bu barədə Gununsesi.info DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, bu gün günorta saatlarında Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Araşdırma aparılır.

Gununsesi.info