“Hazırda Polşada təxminən bir milyon ukraynalı qaçqın yaşayır”.
Gununsesi.info-nun məlumatına görə, bunu Polşa Prezidenti Karol Navroçki bildirib.
Prezident vurğulayıb ki, polyaklar Ukrayna xalqına öz “ürəklərini, sərhədlərini” və evlərini açaraq onlarla həmrəylik nümayiş etdiriblər. O əlavə edib ki, Varşava həmçinin Kiyevə maddi, maliyyə, hərbi və diplomatik yardımlar göstərib.
Sentyabrın 12-də Polşa Seymi işsiz ukraynalılar üçün sosial müavinətləri ləğv edən qanun qəbul edib. Qanunun yalnız Ukrayna vətəndaşlarına şamil ediləcəyi bildirilib; digər əcnəbilər isə qanun qəbul olunmamışdan əvvəl sosial müavinətləri yalnız rəsmi işlə təmin olunduqları halda alırdılar.
Firuzə












