Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2025 11:53

44 günlük Vətən müharibəsinin iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, 27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib.

Bildirilib ki, o bu gün qəsəbə qəbiristanlığında dəfn olunacaq.

V.Əliyevin ölüm səbəbi açıqlanmayıb.