Boşanma zamanı yaranan problemlərdən biri də əmlak bölgüsüdür.
Ancaq əmlak ipotekadadırsa, məsələ daha çox sual doğurur.
Maraqlıdır, ipotekada olan mənzil necə bölünür?
Gununsesi.info bu barədə hüquqşünas Rəşad Səfərovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, boşanma zamanı ipotekadan geriyə qalan məbləğ müvafiq qaydada hər iki tərəf tərəfindən bərabər şəkildə ödənilməlidir.
“Bəzi hallarda tərəflərdən biri, məsələn qadın bu borcu ödəməkdən imtina edə bilər. Bu halda kişi olunmuş ödənişlərin 50%-ni qadına qaytarmalıdır. Bundan sonra ödənişi yalnız kişi etməli və sonda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir”,-deyə o, həmçinin bildirib.
Afət










