Tramp Administrasiyası ABŞ-yə illik qaçqın qəbuluna limit qoydu!

  • Müəllif: Firuzə
  • 01 Noyabr 2025 11:18

Oktyabrın 30-da Federal reyesterdə dərc edilən bildirişdə 2026-cı ildə ölkəyə cəmi 7,500 qaçqın qəbul ediləcəyi deyilir.

Onların çoxu ağ dərili Cənubi Afrika vətəndaşları olacaq. Rəqəmlərlə bağlı heç bir səbəb göstərilməyib. Bildirilib ki, bu, milli maraqlara uyğun deyil.
Gununsesi.info-nun məlumatına görə, keçmiş prezident Co Bayden administrasiyası dövründə qaçqın qəbulu üçün illik limit 125 min nəfər idi. İndiyədək ölkənin qaçqın proqramına hər iki partiya dəstək verirdi.
Donald Tramp hakimiyyətə gəldikdən sonra bu proqramı dayandırıb. Administrasiya fevralda afrikanerlər — yəni Avropalı kolonistlərin Cənubi Afrikada yaşayan törəmələri üçün xüsusi proqram yaradıb. Onların ayrı-seçkiliyə və zorakılığa məruz qaldığı iddia edilir. Cənubi Afrika Respublikası isə bu iddiaları təkzib edir.

“Reuters” yazır ki, sentyabrın əvvəlinədək ABŞ-yə cəmi 138 cənubi afrikalı köçüb. 2024-cü ildə Amerikaya gedən qaçqınların ümumi sayı isə 100 min nəfər olub.

Gununsesi.info