Ermənistanla Fransa 274 milyon avroluq silah kontraktı imzalayıb

  • Müəllif: admin
  • 03 Noyabr 2025 16:39

2023-2024-cü illərdə Ermənistan Fransa ilə 274 milyon avrodan çox dəyərində silah təchizatı kontraktları bağlayıb.

 

Gununsesi.info-nun xəbərinə görə, Fransanın Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bu haqda məlumat yer alıb.

Sənədə görə, bu addım müdafiə sahəsində əməkdaşlığın diversifikasiyası çərçivəsində atılıb.

Hesabatda deyilir ki, “2023-cü ildə Yerevanda Fransa müdafiə missiyasının yaradılması Ermənistan tərəfi ilə əməkdaşlığı gücləndirmək və optimal variantlar tapmaq üçün ən yaxın əlaqələri qurmağa imkan verəcək”.

Sənədə əsasən, 2022-ci ilədək Fransa Ermənistana, demək olar ki, silah tədarük etməyib. 2023–2024-cü illərdə isə quru qoşunları üçün çoxsaylı silah müqavilələri bağlanıb, Ermənistan hərbi sənayesi sahəsində müxtəlif layihələr müzakirə olunur. Ermənistan-Fransa müdafiə tərəfdaşlığı dağlıq ərazilərdə döyüş qabiliyyətinin artırılmasını əhatələyir; Vazgen Sarkisyan və Sen-Sir hərbi akademiyaları bu sahədə əməkdaşlıq edir.

Hesabatda qeyd olunur ki, Fransa Ermənistana “Caesar” haubitsaları tədarük edir. Bu barədə 2024-cü ildə məlumat yayılmışdı. Sənəddə həmçinin Fransanın Ermənistana 15 ədəd tank əleyhinə raket və raket kompleksləri satdığı vurğulanır.

 

Afət

Gununsesi.info