Şahbaz Şərifin Bakıya səfər proqramı açıqlandı

  • Müəllif: Firuzə
  • 07 Noyabr 2025 11:39

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər proqramı açıqlanıb.

Gununsesi.info   xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Günü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.

Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək.

 

Gununsesi.info