Rusiya vətəndaşlarına bundan sonra Şengen zonasına çoxgirişli viza verilməyəcək.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Avropa Komissiyası açıqlama yayıb.
Qərarın məqsədi müraciət edən şəxslərin daha ətraflı yoxlanılmasını təmin etmək və Avropa İttifaqı ölkələrinin təhlükəsizliyinə potensial riskləri minimuma endirməkdir.










