“2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam tərəfinə bildiriş göndərməlidir.









