Oman Sultanlığı Azərbaycanın paytaxtı Bakı şəhərində sərflik açmağa hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bunu Report-a açıqlamasında Omanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Səfir bildirib ki, Azərbaycan və Oman müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir:
“Münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində bütün sahələrdə yüksək səviyyədə inkişaf edir”.
Səfir iki ölkə arasındakı münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:
Qeyd edək ki, ötən ayın sonlarında Azərbaycanın Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində baş tutub.







