Şəmkirdəki ağır qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

  • Müəllif: Ayshan
  • 04 Dekabr 2025 19:51

Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Rayon Mərkəzi Xəstəxanasından Gununsesi.info-ya bildirilib ki, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Gununsesi.info