Naxçıvanda qarın hündürlüyü 3 santimetrə çatdı

  • Müəllif: Ayshan
  • 10 Dekabr 2025 22:02

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Gununsesi.info-ya verilən məlumata əsasən, dekabrın 10-u axşam saatlarında da muxtar respublikanın dağlıq və dağətəyi zonalarında sulu qar və qar yağır.

Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr təşkil edir

Gununsesi.info