“Belə bir şəraitdə regionların inkişafı necə mümkün ola bilər?” -Hüquqşünas

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Hüquqşunas Əkrəm Həsənli qeyd edib ki, bu fakt onu göstərir ki, məmurlar Bakıda regionlarda yol verdikləri özbaşınalıqları həyata keçirə bilmirlər.

“İndi təsəvvür edin ki, regionlarda yaşayan insanlar və sahibkarlar hansı çətinliklərlə üzləşirlər. Belə bir şəraitdə regionların inkişafı necə mümkün ola bilər?”.

 

 

Şəbnəm

Gununsesi.info