Kəmaləddin Heydərov yeni rəis təyin etdi

  • Müəllif: Firuzə
  • 30 Dekabr 2025 11:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinə yeni rəis təyin olunub.

Gununsesi.info-nun Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Mehdiyev Toğrul Telman oğlu gətirilib.

Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Tağıyev FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunub. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəis müavini təyin edilib.

Gununsesi.info