Məktəbli dəm qazından boğularaq öldü - FOTO

  • Müəllif: Firuzə
  • 07 Yanvar 2026 19:28

Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.

Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şagird dəm qazından boğularaq öldü

Gununsesi.info