Müəllimlər 5 ildən bir attestasiyadan keçirilsin - Polad Bülbüloğlu

  • Müəllif: Orxan
  • 18 Mart 2026 12:41

Müəllimlər 5 ildən bir attestasiyadan keçməlidir.

Gununsesi.infonun məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləməsi zamanı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri vurğulayıb ki, son keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən, bu imtahanlar mütəmadi olaraq 5 ildə bir dəfə və ya 7 ildə bir dəfə keçirilməlidir.

Komitə sədri bildirib ki, mədəniyyət sahəsində olan şəxslərdə insanlıqdan başqa istedad olmalıdır. Bu istedad hər insanda olmur, bu səbəbdən də bölgələrdə istedadlı uşaqları Bakıda oxumağa göndərilməli olduğunu qeyd edib.

Gununsesi.info