Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Ermənistanda Rusiyapərəst siyasilər kimi tanınmış və hazırda həbsdə olan şəxslərin azadlığa buraxılmasını xahiş edib.
Gununsesi.info bildirir ki, Putin “Onlar Rusiya pasportlarına baxmayaraq həbsdədirlər. Biz çox istərdik ki, bu siyasi partiyalar seçkilər zamanı daxili siyasi işlərdə iştirak edə bilsinlər” deyə bildirib.
Buna cavab olaraq, Paşinyan isə deyib:
“Ermənistan demokratik ölkədir və bizim həmişə aktiv daxili siyasi həyatımız var.
Vurğulamaq istərdim ki, seçkilərimizdə yalnız Ermənistan vətəndaşlığı olan şəxslər iştirak edə bilər”.
Firuzə











