İranın İlam əyalətində ABŞ və İsrailin maraqlarına xidmət etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, təhlükəsizlik qüvvələri əvvəlcə iğtişaşların təşkili ilə əlaqəli olduğu ehtimal edilən üç nəfəri, sonrakı əməliyyatlar zamanı isə daha 14 nəfəri həbs edib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, saxlanılan şəxslərin üzərindən üç ədəd trotil partlayıcısı, bir ədəd “Kalaşnikov” avtomatı, əl qumbarası, eləcə də maçetlər daxil olmaqla müxtəlif növ soyuq silahlar aşkarlanaraq götürülüb.
Bildirilib ki, vətənə xəyanətdə şübhəli bilinən ümumilikdə 17 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.











