Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

“ABŞ-nin NATO-ya həddindən artıq pul ayırır”.

Gununsesi.info  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən deyib.

“Deməli, biz bütün bu pulları – ildə 600 milyard dollar xərcləmişik, elə deyilmi? Düşünün: NATO-ya xərclədiyimiz pulun həcmi sadəcə dəlilikdir, çünki bu, bizə kömək etməyib”, – o qeyd edib.

Tramp vurğulayıb ki, ABŞ kiçik məsələlərdə yardım ala bilmədiyi üçün onun da yardım göstərməkdən imtina etmək hüququ var.

Gununsesi.info