Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında – Fətəli xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarının kəsişməsində olan tikililərdə də eyni problem yaşanıb.
Gununsesi.info xəbər verir ki, Bəsti Nəsirova, Biləndər Hacıyev, Zəminə Ələkbərova və başqaları daxil, altı nəfərin əmlakı özlərinin razılığı olmadan dağıdılıb. Hesablamalara görə, zərərçəkən mülkiyyətçilərə toplam 470 min manata yaxın ziyan dəyib.
Bu üzdən, söküntünü aparan “Gold Residence” MMC-nin icraçı direktoru Nurlan Məmmədov əmlak sahiblərinin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmişə külli miqdarda ziyan vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələriylə ittiham verilib.
Cinayət işində iddia edilib ki, mülkiyyətçilərin razılığı və onların əmlaklarının məcburi söküntüsü haqda məhkəmə qərarı olmadığı halda, şirkət rəhbərliyi tabeliyindəki işçilərə sözügedən mənzil və obyektləri uçurmaq göstərişi verib.












