Saat 14:30-da qaz kəsiləcək - Bu ərazilərdə

Təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 14:30-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Tumbul kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatında fasilə təmir-quraşdırma işlərinin başa çatdırılmasından sonra bərpa olunacaq.

Gununsesi.info