Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi

  • Müəllif: Firuzə
  • 19 Noyabr 2026 10:17

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Gununesi.info  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Qeyd edək ki, Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Gununesi.info