İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib.
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xameneinin hədəf siyahısında olduğunu deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkə rəhbərliyinə qarşı hər hansı bir təhdidin güclü cavab zərbəsi ilə üzləşəcəyini vurğulayıb.
Xatırladaq ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində öldürülüb.
Onun yerinə oğlu Ayətullah Müctəba Xamenei seçilib.












