Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.
Gununsesi.info xəbər verir ki, bu barədə “teleqraf.az”ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
“Xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kompleks müalicəsi davam etdirilir”,- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.












