“Ermənistan Gümrü-Axurik və Yerasxa hissələrində dəmir yolunun bərpası işlərinə başlayıb”.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Baş nazir vurğulayıb ki, beynəlxalq dəmir yolu xətlərinin regiona daxil ola biləcəyi, lakin Ermənistandan yan keçəcəyi bir vəziyyətdə Ermənistan sadəcə müşahidəçi rolunda qala bilməz.
“Bu, ola bilməz. Gəlin müəyyən edək ki, bu, Ermənistanın mülkiyyətidir və biz öz mülkümüzü idarə etməliyik”, – deyə Paşinyan bildirib.












